Dərc olunub: 19.08.2020

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 13-14-də keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını əldə etmək mümkündür.

DİM-dən Mektebgushesi.az -a bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır