Dərc olunub: 19.08.2020

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur.

Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.