Müəllimlərin işə qəbulu müsabiqəsində təsviri incəsənət fənni üzrə 21 namizəd yüksək nəticə göstərib.
Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, Kürsümxanım Əkbərzadə, Nərgiz Məmmədova və Ülviyyə Babaşova 55, Aysel Əliyeva, Əsmər Mürsəlli və Nurlana Orucova 54, Ağabacı Qurbanova, Esmira Əliyeva, Gülnar Yusifli və Nuranə Rzazadə 53, Afət Məmmədova, Əfsanə Xəlilova, Esmira Muradova, İmmi Məcnunova, Nargilə Quliyeva və Vəcihə Cəfərli 52, Nərmin Məsdanzadə 51, Elmira Həsənova, Leyla Bəşirova, Nuranə Abdullayeva və Qaratel Məmmədova 50 bal toplayıblar.
Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 min 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 min 228 namizəd iştirak hüququ qazanıb.