Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə ibtidai sinif müəllimliyi üzrə növbəti test imtahanları keçiriləcək. Bununla da ibtidai sinif müəllimliyi üzrə işə qəbul imtahanları yekunlaşacaq. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi mərhələli şəkildə keçiriləcək

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək. Mektebgushesi.az xəbər verir ki, Tədris ilinin başlamasına qısa müddət qalması ilə əlaqədar ümumi təhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq […]
Peşə təhsili pilləsi üzrə 8263 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 8263 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Mektebgushesi.az xəbər verir ki, elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 6061-i ixtisas seçimi edib. Qeyd edək ki, müraciət iki mərhələdə həyata keçirilir və peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar. […]
Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq icazəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan edilmiş Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları […]
BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında 2020/2021-ci tədris ilindən bakalavr pilləsi üzrə ikili diplom proqramının icrasına başlanılması ilə əlaqədar hazırlıq işləri müzakirə olunub. Bu məqsədlə BMU-da təşkil olunan toplantıda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, həmin şöbənin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov […]
Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başladı

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni […]
Buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya prosesi təşkil ediləcək

On birinci sinif şagirdləri üçün iyulun 29-30-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 24-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, […]
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur. Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə başlanılıb. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan […]
Buraxılış imtahanlarında iki nəfər maksimal bal toplayıb

On birinci sinif şagirdləri üçün iyulun 29-30-da keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 20667 nəfərdən 2214 nəfər imtahana gəlməyib. Üç nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az –a bildirilib ki, imtahan iştirakçıları arasında 2 nəfər – Binəqədi rayonu, 297 saylı tam orta […]
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər

8 min 263 nəfər 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu prosesində iştirak edərək elektron qeydiyyatdan keçib. Onlardan 6061 nəfəri ixtisas seçimi edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar. […]
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov […]
“Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb

Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı qərarı Baş […]
Müəllimlər virtual məktəblə bağlı təlimə cəlb edilib

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi avqustun 18-də məcburi köçkün rayonlarının məktəblərində fəaliyyət göstərən müəllimlər üçün növbəti onlayn təlim təşkil edib. Bu barədə Mektebgushesi.az-a açıqlama verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, təlim layihə çərçivəsində təşkil olunan sayca 5-ci tədbirdir: “Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra […]
İyulun 29-30-da keçirilən imtahanların nəticələri açıqlanıb

11-ci sinif şagirdləri üçün 29-30 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub. Dövlət İMtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, imtahan nəticələri saat 18:31-dən etibarən Mərkəzin saytına yerləşdirilib. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN […]
Təhsil naziri Böyük Britaniyanın səfiri ilə görüşüb – FOTO

Avqustun 18-də Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb. Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin […]