Dərc olunub: 19.08.2020

Peşə Təhsilinin İnkişafı Fondu öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, eləcə də digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Eyni zamanda, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq.

Mektebgushesi.az  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində PeşəTəhsilinin İnkişafı Fondunun yaradılması haqqında” qərarında öz əksini tapıb.

Qərara əsasən, Fond öz Nizamnaməsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.