Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov koronavirusa yoluxub.
Mektebgushesi.az xəbər verir ki, Bu barədə Modern.az-a Ömər Eldarov özü məlumat verib. O, bildirib ki, COVID-19 testi pozitiv çıxıb.
Məşhur heykəltaraş hazırda müalicə üçün xəstəxanaya müraciət etdiyini söyləyib. Ömər Eldarovun səhhəti haqqında ətraflı məlumat almağa çalışacağıq.
Qeyd edək ki, 21 dekabr 1927-ci ildə anadan olan Ömər Eldarovun hazırda 92 yaşı var.