Dərc olunub: 02.12.2020

Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva Azərbaycanı təmsil edən ali təhsil islahatları üzrə ekspert kimi “Erasmus+ HEREs” (Ali təhsil islahatları mütəxəssisləri) layihəsi çərçivəsində “Mikrosertifikasiyanın araşdırılması: niyə, necə və hansı yolla irəliləmək” mövzusunda onlayn seminarda iştirak edib.

Universitetdən Mektebgushesi.az -a bildirilib ki, ikigünlük seminarda Avropa universitetlərindən və Ali Təhsil İslahatları Mütəxəssisləri (HERE) şəbəkəsinə daxil olan ölkələrdən müxtəlif ekspertlər təqdimatla çıxış ediblər. Sonra 3 müxtəlif qrupda müzakirələr aparılıb.