Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət olunan mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.
Bu barədə Mektebgushesi.az-a nazirlikdən məlumat verilib. Türkiyədə 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına nə vaxtadək müraciət etmək mümkündür sualına cavab olaraq bildirilib ki, son müraciət tarixi olaraq yanvarın 31-i saat 23:59 müəyyənləşdirilib.