Dərc olunub: 05.02.2021

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə arayış almaq istəyən şəxslərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən 2013-cü ildən etibarən keçirilmiş buraxılış imtahanlarında iştirak edərək attestat əldə etmiş məzunlar buraxılış imtahanı nəticələri barədə arayışı Mərkəzə yaxınlaşmadan onlayn şəkildə aşağıdakı keçiddən istifadə etməklə əldə edə bilərlər: http://eservices.dim.gov.az/sagird/indexsh.aspx

Arayışın kodunu aşağıdakı keçiddə müvafiq sahəyə daxil etməklə onun həqiqiliyini yoxlamaq olar: http://eservices.dim.gov.az/sagird/indexkod.aspx

 

Xidmətlərdən istifadə etmək üçün keçidlər Mərkəzinin saytında – ön səhifədə “Yekun qiymətləndirmə”>”Faydalı” bölməsində yerləşdirilib.

 

DİM-in mətbuat xidməti

Tеl: (+99 412) 502-47-53 (dax. – 142)

E-mail: press@dim.gov.az; http://dim.gov.az