Mektebgushesi

Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb

  2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup mingəçevirli tələbə və magistrantla görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşü açan BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev tədbirin MDU-nun təşəbbüsü ilə keçirildiyini bildirib və son dövrlərdə […]

Lənkəranlı məktəbli respublika onlayn mahnı müsabiqəsində üçüncü yeri tutub

  Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” devizi ilə keçirilən onlayn respublika mahnı müsabiqəsində Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin şagirdi Allahverən Hüseynzadə uğurla çıxış edib. Bir ay davam edən onlayn mahnı müsabiqəsinin keçirilməsində məqsəd, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə və onun […]

ADPU-da “Bu gün təhsildə nələr dəyişməlidir” mövzusunda dəyirmi masa

  Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN) yanında İctimai Şuranın “Bu gün təhsildə nələr dəyişməlidir” mövzusunda dəyirmi masası keçirilib. Dəyirmi masada ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektor, dosent Eldar […]

Kolleclərə qəbul qaydalarında dəyişiklik oldu – RƏSMİ

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar imzalayıb.  Mektebgushesi.az xəbər verir ki, qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən […]

Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Transfer.edu.az portalı vasitəsi ilə  ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 2721 nəfər müraciət edib. Onlardan 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. […]

Buraxılış imtahanı ilə bağlı yenilik – Bir mərhələdə keçiriləcək

“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.  Mektebgushesi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”  tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun […]

Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib

Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı “Səmavi dinlərdə ailə və qadın” mövzusunda vebinar keçirilib. “ZOOM” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər. Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının […]

BMU- nun Doktorantura şöbəsinin müdiri intihar edib

Ötən gün Bakıda intihar edən şəxs Bakı Mühəndislik Universitetində çalışıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu, Lütfi Zadə 10 ünvanında intihar edən Rauf Məmmədov Magistratura və Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışıb. O, intihar etmədən bir gün əvvəl universitetin elmi şurasının iclasında da çıxış edib.

İnformatika imtahanında bakalavrların yarıdan çoxu zəif nəticə göstərib – RƏSMİ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi ilə bağlı statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib. DİM-dən verilən məlumata görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19 885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə […]

Rumıniyada 2021-2022-ci tədris ili üzrə HTP çərçivəsində təhsil

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil […]

BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

  4 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub. Modul tipli xəstəxanada həyata keçirilən vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva başda olmaqla yaşı 50 və daha yuxarı olan heyət cəlb olunub. Qeyd edək ki, 3 mart 2021-ci il tarixindən təhsil müəssisələrinin […]

Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə

  2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin bir neçə tələbə və məzunu yüksək nəticələr göstərib. Magistraturaya qəbul imtahanlarının nəticələrinə görə, bu il ən yüksək bal toplayanlardan biri Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Abdinli rus […]

AzMİU-da respublika elmi-praktik konfransı keçiriləcək

AzMİU-da “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək 10-11 mart 2021-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İşğaldan azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulma məsələləri” mövzusunda (onlayn) respublika elmi-praktik konfransı keçiriləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azəriqaz İB, Azəristiliktəchizat ASC və AR Memarlıq və İnşaat […]

MDU -da maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib

  2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Maliyyə savadlılığının artırılması: nağdsız hesablaşmalar və onların təşkili formaları” mövzusunda nəzəri-praktik seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda ölkə başçısı tərəfindən yeni […]

Koreyada növbəti tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə elan edilən “Qlobal Koreya” təqaüd proqramına qeydiyyat davam edir. Bakalavriat, magistratura və doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər 5 mart 2021-ci il tarixinədək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə […]