Dərc olunub: 04.03.2021

Hansısa fəndən kəsiri olan tələbə magistraturaya qəbulun ikinci şans imtahanında iştirak edə biləcək?

Fevralın 28-i magistraturaya qəbulun birinci şans imtahanları keçirilib. İmtahanın nəticəsi isə martın 3-də açıqlandı.

Hazırda tələbələri iyun ayında keçirilməsi nəzərdə tutulan ikinci şans imtahanları maraqlandırır. Bununla bağlı DİM-ə xeyli sual ünvanlanır. Həmin suallardan biri də budur ki, universitetdə hansısa fəndən kəsri olan tələbə ikinci şans imtahanında iştirak edə biləcək?

DİM kəsri olan tələbənin ikinci imtahanda iştirakı ilə bağlı suallarına müsbət cavab verib:

Universitetdə hansısa fəndən kəsri olan tələbə İkinci şans imtahanında iştirak edə biləcək.