Mektebgushesi

Direktor müəllimin maaşını kəsib? – RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı iddialara münasibət bildirib. Mektebgushesi.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində yerləşən 162 nömrəli tam orta məktəbin direktoru tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb: […]

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanları keçiriləcək

Martın 7-də dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçiriləcək İmtahanlar bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il martın 7-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına, həmçinin […]

Universitetdə basabas faciə ilə nəticələndi: Ölən və yaralananlar var – ANBAAN VİDEO

Boliviyada tələbə toplantısında basabas nəticəsində 21-23 yaş arası yeddi nəfər həlak olub. Bu barədə “El Deber” xəbər yayıb. Qurbanlardan dördü kişi, üçü qadın olub. Daha dörd tələbə travmalarla xəstəxanaya yerləşdirilib. Bildirilir ki, gənclər yığıncaq üçün binanın beşinci mərtəbəsində dəhlizə toplaşıblar. Görüş qarşıdurmaya çevrilib, nəticədə məhəccər təzyiqə dözməyib və qırılıb. Beləliklə tələbələr 16 metr hündürlükdən yerə çırpılıblar. Hadisə […]

Onlayn tədris proqramında yeni funksiya işə salınıb

Azərbaycanda daha çox onlayn tədris məqsədilə istifadə olunan “Microsoft Teams” servisində yeni funksiya işə salınıb. “Kommersant” nəşrinin məlumatına görə, artıq proqram üzərindən min nəfərədək şəxsin iştirakı ilə interaktiv vebinarların keçirilməsi mümkündür. Proqramda həmçinin vebinarlar üçün nizamlanan qeydiyyat, genişləndirilmiş təqdimat imkanları, çat və ya videonun söndürülməsi, eləcə də vebinar haqqında hesabatın hazırlanması funksiyaları da tətbiq olunub. […]