Dərc olunub: 04.03.2021

“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsi davam edir.

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur.

Müsabiqə 3 mərhələdə keçilir:

I mərhələ – 22 fevral – 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qurupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.

II mərhələ – 1 – 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir. 

III mərhələ – 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.