Təzyiqlərə məruz qaldığını iddia edən müəllimlə bağlı araşdırma başladı

Bakının Xətai rayonu, 194 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını iddia edir. Bu barədə “Qafqazinfo”ya danışan şikayətçinin sözlərinə görə, direktorun onunla ədavəti məktəbə təyin olunandan sonra qatıldığı ilk iclasda başlayıb: “Elnarə Zeynalova ilk iclasda deyib ki, məktəbin idman zalında […]
Azərbaycanda koronavirusa 733 yeni yoluxma faktı qeydə alınıb -FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat […]
Azərbaycan Texniki Universitetinin əməkdaşı koronavirusdan vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib. Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib. AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı […]
Türk dünyasının 103 yaşlı unudulmuş “El həyatı” (1918) məcmuəsi

Bakıda nəşr olunan “El həyatı” məcmuəsinin mətbuat tariximizin hələ öyrənilməyən nümunələrindəndir. Cəmi dörd nömrəsi çıxıb.Birinci nömrə 1918-ci il yanvarın 14-də,2-ci nömrə fevralın 3-də,3-cü nömrə fevralın 25-də,4-cü nömrə isə martın 14-də oxucularım mütaliəsinə verilib. Jurnalın birinci səhifəsində onun 15 gündən bir çıxarılacağı göstərilsə də, çap prosesində müəyyən gecikmələr olmuşdur.Bu,çox güman ki,dövrün ictimai-siyasi həyatında baş verən gərginliklərlə […]
Azərbaycan Texniki Universiteti tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri davam edir. AzTU-dan Mektebgushesi.az-a bildirilib ki, tələbələr “Azərsu” ASC, “Baku Steel Company”, Sumqayıt Kimya Sənaye Parkı, “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC, “Okuklu İnşaat” MMC, PASHA Bank, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, “Improtex Trucks and Buses” MMC, “Titan Group” MMC, “BestVomp Group” MMC-də karantin rejiminin şərtlərinə riayət […]
BDU-nun Elmi Kitabxanasından tələbələr üçün yeni imkan

Rusiyanın IPR Media şirkəti Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələrinə IPRbooks elektron kitabxana sisteminin resurslarından martın 31-dək ödənişsiz istifadə imkanı təqdim edir. Bu barədə Mektebgushesi.az -a BDU-dan məlumat verilib. Bildirilib ki, IPRbooks elektron kitabxana sistemi ali təhsil müəssisələrinin tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audionəşrləri, videokursları, onlayn testləri özündə birləşdirən […]
Məhkumların ali təhsilə cəlb edilməsi ilə bağlı təklif ekspertlər tərəfindən dəstəklənir

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması ilə bağlı təkliflər səslənir. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində yer alan təklif artıq dünya ölkələrinin təcrübəsində uğurla həyata keçirilir. Ombudsmanın hesabatında qeyd edilib ki, Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu […]
Vakant dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibələr aparılır

Dövlət orqanlarında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə fevralın 1-dən başlanan ümumi müsahibə davam edir. Dövlət İmtahan Mərkəzindən -a bildirilib ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, […]
ADA Universitetinin üç yeni ixtisasının təqdimatı keçiriləcək

ADA Universiteti riyaziyyat, maliyyə, kommunikasiya və rəqəmsal media sahəsində üç yeni bakalavr ixtisası təqdim edir. Bu barədə Mektebgushesi.az -a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, məqsəd abituriyentlərin bakalavr proqramları üzrə ixtisas seçimini artırmaqdır. Abituriyent və valideynlərə yeni ixtisaslarla bağlı ətraflı məlumat vermək üçün onlayn təqdimat günləri keçiriləcək: •Riyaziyyat üzrə 15 mart (19:00) •Maliyyə üzrə 17 […]
Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyənin Özyeğin Universitetində olub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib. 2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur. ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı […]
Karantin rejimi sərtləşdirilir? – RƏSMİ AÇIQLAMA

Son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bayram ərəfəsində TƏBİB-in karantin rejimini sərtləşdirəcəyi ilə bağlı şayiələr yayılıb. Bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ( TƏBİB ) açıqlama yayıb. Bildirilib ki, karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulu birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ deyil. Başqa sözlə, koronavirusla […]
DİM: Sosial şəbəkələrdə imtahan tarixləri haqqında məlumatlar həqiqəti əks etdirmir

“Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır. Nəzərinizə çatdırırıq ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və Mərkəzin dim.gov.az saytında yerləşdiriləcəkdir”. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. “İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd […]
İrqçiliklə mübarizəyə görə ABŞ-da məktəb proqramından Nyutonun adı çıxarılıb

Nyu-Yorkda özəl məktəblərin birində “Nyutonun qanunları”nda alimin adının çəkilməsi dayandırılıb. Səbəb elm adamının dərisinin rəngidir. Bu barədə “City Journal” xəbər yayıb. Bildirilir ki, məktəb bu yolla irqçilik və ağ irqin üstünlüyünə qarşı mübarizəsini göstərir. “Artıq onları “Nyuton qanunları” yox, “Fizikanın üç əsas qanunu” adlandırırıq. Bunlar (məktəb rəhbərliyi – red.) deyirlər ki, “ağlığı desentralizasiyadan çıxarmalıyıq”, – […]
Təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Martın 12-də təhsil naziri Emin Əmrullayev Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycanın 2 universiteti Dünya reytinqində

Dünya universitetlərinin 2021-ci il üzrə növbəti reytinq sıralaması (QS World University Rankings) açıqlanıb. Tərtibçilər dünyanın 80 ölkəsindən 5500 ali təhsil müəssisəsini tədqiqata cəlb edib. Nəticədə 1187 universitet sıralamada yer alıb. İlk üçlükdə 1.Massaçusets Texnologiya İnstitutu, 2.Stanford Universiteti, 3. Harvard Universiteti yer alıb. Azərbaycanı sıralamada 1000+ yerlərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universiteti […]