Dərc olunub: 03.04.2021

“Sutkalıq 2 500 civarında yoluxmalar fonunda hansısa qərar verilməli idi. Bu qərarlar verilərkən əsasən qısa, orta və uzun müddətli hədəflər və məqsədlər nəzərə alınıb”.

Mektebgushesi.az -ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, istənilən zaman Təhsil Nazirliyinin və məktəb rəhbərlərinin məqsədi şagirdlərin davamlı öyrənməsini təmin etməkdir:

“Amma verilmiş qərarlarda əsas məqsəd şagirdlərin sağlamlığıdır”.