Dərc olunub: 18.05.2021

Yasamal rayonu, 18 nömrəli tam orta məktəbin Sağlam Təhsil sinfinin müəllimi Vəfa Teymurova vəfat edib.

Mektebgushesi.az xəbər verir ki, COVID-19-a yoluxan təhsil işçisi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Teymurova 1980-ci il dekabrın 13-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1997-ci ildə əmək fəaliyyətinə başlayıb.