Təhsil naziri Emin Əmrullayevin Salim Atay ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev bu gün Türkiyə Respublikasının Prezidenti Administrasiyasının yanında İnsan Resursları Ofisinin müdiri Salim Atay ilə görüşüb. Mektebgushesi.az-in məlumatına görə, görüş zamanı ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsini aparılıb.
Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq

Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmayacaq. Mektebgushesi.az xəbər verir ki, bu, Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsində öz əksini tapıb. Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil […]
Delaver Universitetinin tələbəsi: Məqsədim ABŞ-da Azərbaycanın layiqli təmsilçisi olmaqdır

Təhsilimi daha da inkişaf etdirmək və ölkə hüdudlarından kənarda oxumaq, irəli getmək arzum idi. Valideynlərim də bu yolda mənə öz dəstəyini göstərdilər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Delaver Universitetinin Siyasi elmlər bölməsinin 1-ci kurs tələbəsi 16 yaşlı Nigar İsmayılova deyib. O bildirib ki, Azərbaycanda 9-cu sinfi uğurla bitirdikdən sonra təhsilini ABŞ-da davam etdirmək istəyib. Bunun […]
ADNSU-nun rektoru Türkiyənin Kardemir zavodunda olub

İyunun 15-də Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti əsası 1936-cı ildə qoyulmuş Türkiyənin ən böyük metallurgiya zavodlarından biri olan Kardemir zavodunu ziyarət edib. Kardemir zavodunun baş direktoru Nejdet Utkanlar zavodun yaradılması və fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Universitet haqqında təqdimatdan sonra […]
BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

Bakı Dövlət Universitetində (BDU) iyunun 7-dən başlayan yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir. BDU-dan Mektebgushesi.az -a bildiriblər ki, universitet rəhbərliyi, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət məqsədilə imtahanlarda iştirak edirlər. Bu günə qədər onlayn keçirilən imtahanlarda iştirak edən tələbələrin əksəriyyəti müvəffəq qiymət alıblar. Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin […]
2020-2021-ci tədris ili rəqəmlərdə

Məktəbəqədər və ümumi təhsil 166 minədək uşaq birinci sinfə gedib 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. Ölkə üzrə 106 min 580 uşaq məktəbəhazırlığa cəlb edilib 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 […]
Təhsil Tələbə Krediti Fondunun vəzifələri açıqlanıb

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur. Nizamnamə ilə müəyyən edilən fəaliyyət […]
ADPU-da pedaqoji (istehsalat) təcrübə uğurla yekunlaşıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının 05 mart 2021-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş 2020/2021-ci tədris ilinin yaz semestrində təcrübənin təşkilinə dair qaydalara əsasən universitetdə pedaqoji təcrübə 15 fevral-24 may 2021-ci il tarixləri arasında təşkil edilmişdir. Bu barədə ADPU üzrə təcrübə rəhbəri Qəmərxanım Qəribova hesabat verib. Hesabata əsasən, 2020/2021-ci tədris ilinin yaz […]
Azərbaycanlı jurnalist Fransa mediasında Şuşa bəyannaməsindən yazdı -FOTO

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında “Azərbaycan-Türkiyə: Şuşa bəyannaməsi” (Azerbaidjan-Turquie : la déclaration de Choucha ) və “Turquie-news.com” www.turquienews.fr xəbər portalında “Şuşa bəyannaməsi:Azərbaycan-Türkiyə müttəfiqliyi” (Déclaration de Choucha: l’alliance Azerbaïdjan-Turquie) başlıqlı məqalələri yayımlanıb. Müəllif bu günlərdə Azərbaycanın tarixi hadisələrə […]
Şuşa Bəyannaməsinin təhsil və mədəniyyətimizin inkişafında rolu

Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində daha geniş, çoxşahəli əməkdaşlığa imkan yaradan, ölkələrimizin strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə qaldıran tarixi bir sənəddir və belə bir sənədin Milli Qurtuluş Günündə, Azərbaycanın mədəniyyət paytaxtında imzalanması mühüm mənəvi və siyasi əhəmiyyət kəsb edir. Bəyənnamədə iki qardaş ölkənin siyasi iqtisadi, müdafiə məsələləri ilə yanaşı, günümüzdə xüsusi aktuallıq kəsb edən təhsil, […]
Nadir İsrafilov: “Şimal bölgəsində də müstəqil universitet yaratmağın vaxtı çatıb…”

Regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər – ADPU-nun Quba filialı 30 ildə Bu il ADPU-nun Quba filialının yaradılmasının 30 illik yubileyidir. Belə ki, 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən Azərbaycan […]
Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, imtahanlar Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, […]
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, 03-14 iyun tarixlərini əhatə edən ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 […]
Azərbaycan İlahiyyat İnstitutunun “Sənədlər toplusu” kitabı nəşr edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) hazırladığı “Sənədlər toplusu” kitabının ikinci nəşri dərc olunub. Qeyd edək ki, nümunənin yeni nəşrində bir sıra əlavələr yer alıb. İnstitututdan Mektebgushesi.az-a bildirilib ki, Baş redaktoru Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov olan topluda ali tədris müəssisəsinin həyatının bütün sahələrini tənzimləyən 40-a qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab […]
“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

İyunun 17-də “Yay məktəbi”nin təşkili ilə bağlı mediatur keçirilib. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Bakı şəhəri 32 nömrəli tam orta məktəb və 62 nömrəli məktəb-liseydə təşkil olunmuş mediaturda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan “Yay […]