İyunun 15-də Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti əsası 1936-cı ildə qoyulmuş Türkiyənin ən böyük metallurgiya zavodlarından biri olan Kardemir zavodunu ziyarət edib.
Kardemir zavodunun baş direktoru Nejdet Utkanlar zavodun yaradılması və fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.
Universitet haqqında təqdimatdan sonra ADNSU-nun rektoru, professor M.Babanlı və nümayəndə heyəti zavodun istehsal sahələri ilə tanış olub. Əməkdaşlığın müzkirə olunduğu görüşdə gələcəkdə birgə elmi layihə və təcrübə proqramlarının hazırlanması ilə bağlı tərəflər arasında müəyyən razılaşmalar əldə olunub.
Görüşün sonunda N.Utkanlar tərəfindən rektor M.Babanlıya “İlk Türk Dəmir” mükafatı təqdim edilib.