Ukrayna ali məktəblərini bitirən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu il Ukrayna ali məktəblərini bitirərək diplom alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Ukrayna Təhsil və Elm Nazirliyindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2020/2021-ci tədris ilində ölkədəki bütün ali məktəblər üzrə 1298 Azərbaycan vətəndaşı məzun olub. Məlumata görə, bu il məzun olanlarla birlikdə ümumilikdə 4628 nəfər Azərbaycan vətəndaşı Ukraynada təhsil proqramlarında iştirak […]
Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunub

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna yeni baş direktor təyin olunması ilə əlaqədar tədbir keçirilib. Bu barədə “Report”a institutdan məlumat verilib. AMEA-nın vitse-prezideni, akademik İbrahim Quliyev İnstitutun “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya elmləri doktoru Zakir Eminovun Coğrafiya İnstitutuna baş direktor təyin olunduğunu elan edib. Səbəbkarın elmi-təşkilati fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verən akademik qeyd edib ki, […]
Qlobal Gənc Alimlər Akademiyası gənc alimləri təşkilata üzv olmağa dəvət edir

Qlobal Gənc Alimlər Akademiyası (GYA) təbiət, ictimai və humanitar elmlər üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc alimlərini təşkilata üzv olmağa dəvət edir. UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, hazırda GYA-nın yeni üzvlər üçün çağırışı bu il sentyabrın 15-dək açıqdır. Təşkilat elm və cəmiyyətə qlobal təsir göstərən altı qitədə mövcuddur və aparılan tədqiqatların mükəmməlliyi ilə iş və […]
“Səriştəli metodist” layihəsinə müraciət edən namizədlərin şəxsi məlumatları təhlil olunur

Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verib. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri avqustun 15-dək qəbul olunur. İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, hazırda Metodik Dəstək Mərkəzi tərəfindən layihədə iştirak etmək üçün müraciət edən namizədlərin CV-ləri təhlil olunur. İyulun 14-31-də müraciət edən namizədlərdən təlimata uyğun gələnlərin elektron poçt ünvanlarına imtahan […]
Qəbul imtahanlarında fənlərin sayı 5-dən 2-yə endirilsin – “Belə zülm etmək olmaz!“

Hazırda ən çox müzakirə edilən mövzularından biri də qəbul imtahanlarıdır. Qəbul imtahanlarının ləğvi və fənlərin sayının azadılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür. Mütəxəssislər hesab edirlər ki, abituriyentin seçdiyi ixtisas qrupunda o qədər də əhəmiyyəti olmayan fənlər var. Şagird də sırf həmin fənnə görə aşağı nəticə göstərir və istədiyi ali məktəbə daxil ola bilmir. […]
DİM Azərbaycan dili fənni üzrə növbəti test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər. 1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili […]
Mingəçevir Dövlət Universitetini strateji hədəflərə yaxınlaşdıran modernləşmə

2020/2021-ci tədris ili: effektiv idarəetmə və səmərəli ali təhsil mühiti (Əvvəli https://muallim.edu.az/news.php?id=16826) Səmərəli ali təhsil mühiti modelinin formalaşdırılması Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən Mingəçevir Dövlət Universitetində (MDU) idarəetmədə çeviklik, şəffaflıq və ictimai hesabatlılığı, kadr potensialı və təhsilalanların hərtərəfli inkişafını, təhsil və sənaye işbirliyini, tələbəyönümlülüyü, çoxşaxəli və məhsuldar tələbə həyatını, kommunikasiya və cəmiyyətə fəal […]
UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramının 4-cü məzunlarına diplomları təqdim edildi

UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunlarına diplomların təqdimolunması mərasimi keçirilib. Məzunlarla görüşən UNEC rektoru professor Ədalət Muradov onları təbrik edərək, hər iki universitetdə qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətlərində və karyeralarında faydalı olacağından əminliyini ifadə edib. Rektor bu il Montpellier Universitetinin ikili diplom proqramından 18 tələbənin məzun olduğunu, ümumilikdə isə 2018-ci […]
ADPU-nun Quba filialında təmir-bərpa və quruculuq işləri sürətlə davam edir

Bir ali təhsil müəssisəsində tədrisin keyfiyyəti qədər, tələbələrə rahat təhsil şəraitinin yaradılması və göz oxşayan tədris kampuslarının salınması da vacibdir. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tədris keyfiyyəti ilə yanaşı filial kampusunun maddi-texniki və vizual quruluşunun da günü-gündən daha da funksionallaşdırılmasına xüsusi diqqət yetirilir. Müasir auditoriyalar, yüksək İKT şəraiti, geniş tədris […]
Məktəbli qızlar üçün yeni layihə həyata keçirilib – FOTO

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı özünün “Mənim bacarıqlarım, mənim seçimim: Mən böyüyəndə kim olmaq istəyirəm?!“ adlı Azərbaycanda ilk dəfə məktəbli qızlar üçün konfrans layihəsini həyata keçirilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiyasının tərəfdaşlığı ilə həyata keçirilən layihə 5-11-ci siniflərdə təhsil alan qızlar üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi məktəbdə təhsil […]
Reyhan Camalova təhsilini davam etdirmək üçün ABŞ-a yollandı – FOTOLAR

Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova təhsilini Pensilvaniya Universitetində davam etdirəcək. Mektebgushesi.az xəbər verir ki, Reyhan Camalova artıq ABŞ-a yollanıb. Bu haqda o özünün feysbuk hesabında yazıb: “Həyatımın yeni mərhələsi başlayır. Növbəti dayanacaq Pensilvaniya Universitetidir. Mənə uğurlar diləyin”.
Ali məktəblərə qəbul olmaq üçün 17 min 460 subbakalavr ərizəsini təsdiqlədib

Ali məktəblərə qəbul olmaq üçün subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) Mektebgushesi.az -a bildirilib ki, subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifə¬sin¬də “Şəxsi kabinet” yaratdıqdan […]
Magistraturanın boş qalan plan yerlərinin sayı açıqlanıb

Magistraturanın boş qalan plan yerlərinin sayı açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, müsabiqəyə 1648 yer çıxarılıb. Onlardan 87 yer dövlət sifarişlidir. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi avqustun 5-dən 11-dək 2021/2022-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi elan edib. Boş qalan yerlərə […]
BDU Tələbə Gənclər Təşkilatının dil təlimləri davam edir

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”un dil təlimləri uğurla davam edir. Açıq havada təşkil olunan növbəti təlim rus dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin rus dilində danışıq səriştəsinin artırılması, bacarıqlarının təkmiləşdirilməsi, əldə etdikləri dil biliklərin inkişaf etdirilməsidir. Təlimçi – Filologiya fakültəsinin IV kurs tələbəsi Gülər Abdinova təlim iştirakçılarına rus […]
AzTU rəhbərliyi “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində səfərdə olub. “AzerGold” və AzTU arasında 2021-2022-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planına əsasən təşkil olunan tədbirdə QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqları müəssisədə yaradılan iş şəraiti, hasilat və istehsalat […]