Bir ali təhsil müəssisəsində tədrisin keyfiyyəti qədər, tələbələrə rahat təhsil şəraitinin yaradılması və göz oxşayan tədris kampuslarının salınması da vacibdir. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tədris keyfiyyəti ilə yanaşı filial kampusunun maddi-texniki və vizual quruluşunun da günü-gündən daha da funksionallaşdırılmasına xüsusi diqqət yetirilir. Müasir auditoriyalar, yüksək İKT şəraiti, geniş tədris binaları, innovativ bölmələr və s. Pedaqoji Universitetin Quba filialını abituriyentlər və tələbələr üçün daha da cəlbedici edir. Hal-hazırda da Quba filialında təmir-bərpa və quruculuq işləri yüksək sürətlə davam edir. Yeni tədris ilində tələbələrinə daha yüksək təhsil, daha rahat mühit və göz oxşayan kampus vəd edən filial direktor, dosent Yusif Alıyevin başçılığı ilə dayanmadan çalışır.
Yaxın gələcəkdə tam müasir avadanlıqlı və şəraitli bir təhsil müəssisəsinə çevrilməyi qarşıya məqsəd qoyan ADPU-nun Quba filialı bu məqsədə inamlı addımlarla irəlləyir.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov