“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
– Torna və frezer dəzgahların operatoru;
– Proqramla idarə olunan dəzgahların operatoru;
– Sənayedə quraşdırma işləri üzrə usta;
– Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;
– Avtomatika üzrə usta;
– Bitkiçilik mütəxəssisi;
– Aqroservis mütəxəssisi;
– İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;
– Veb dizayner və proqram təminatçısı;
– Qrafik dizayner.
Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.
İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin elektron müraciət sistemi vasitəsilə aparılır. Əlavə məlumat üçün: Telefon: (051) 205-97-54; (051) 205-43-82; E-poçt: ptm@scip.az