Dərc olunub: 06.08.2021

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

– Torna və frezer dəzgahların operatoru;

– Proqramla idarə olunan dəzgahların operatoru;

– Sənayedə quraşdırma işləri üzrə usta;

– Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;

– Avtomatika üzrə usta;

– Bitkiçilik mütəxəssisi;

– Aqroservis mütəxəssisi;

– İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;

– Veb dizayner və proqram təminatçısı;

– Qrafik dizayner.

Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin elektron müraciət sistemi vasitəsilə aparılır. Əlavə məlumat üçün: Telefon: (051) 205-97-54; (051) 205-43-82; E-poçt: ptm@scip.az