Dərc olunub: 06.08.2021

Bu il Ukrayna ali məktəblərini bitirərək diplom alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Təhsil və Elm Nazirliyindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2020/2021-ci tədris ilində ölkədəki bütün ali məktəblər üzrə 1298 Azərbaycan vətəndaşı məzun olub.

Məlumata görə, bu il məzun olanlarla birlikdə ümumilikdə 4628 nəfər Azərbaycan vətəndaşı Ukraynada təhsil proqramlarında iştirak edir.