Dərc olunub: 06.08.2021

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

Bu barədə Mektebgushesi.az -a UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.