Bakı Ali Neft Məktəbində ICESCO-nun pilot layihəsinin təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “NewSpace Innovation” şirkətinin “ICESCO akseleratoru” adlı yeni pilot layihəsinin açılışı keçirilib. Layihənin məqsədi ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsidir. Açılış tədbirində BANM-in […]
II mərhələdə peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsində uğur qazanan namizədlər 13 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu barədə Meektebgushesi.az-a Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, tələb olunan sənədlər aşağıdakılardır: Attestatın əsli; Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; Sistemdən (şəxsi […]
Bu sinfin şagirdlərinin hamısı ali məktəbə qəbul olub (FOTO)

Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 11A sinfinin bütün şagirdləri ali məktəbə qəbul olub. Trend-in məlumatına görə, 7 nəfər 600-dən yuxarı, 6 nəfər isə 500 baldan yuxarı bal toplayıb. 1. Əsədov İsmayıl Abbas oğlu – 674 bal UNEC 2. Məmmədova Nəzrin Vüqar qızı – 673.5 bal Azərbaycan Tibb Universiteti 3. Məmmədova Əfsanə Seymur […]
Nigeriyada səkkiz ayda 1 000-dən çox məktəbli oğurlanıb

Cari ilin yanvar-avqust ayları ərzində Nigeriyada 1 000-dən çox məktəbli oğurlanıb. Mektebgushesi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq “Save the Children” təşkilatının məruzəsində bildirilib. Qeyd edilir ki, oğurlanan məktəblilərin əksəriyyəti hələ tapılmayıb. Hüquq müdafiəçiləri bildiriblər ki, 2020-2021 illərdə Nigeriyada məktəblərə hücumların sayı əhəmiyyətli dərəcədə artıb, bir çox […]
Nazir: Ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq

Ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq. Mektebgushesi.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşılayır. “Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq, ənənəvi dərslər o qədər davamlı olar”, – deyə nazir məktəblərin hansı hallarda bağlanması məsələsinə […]
Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə “Zəfər tarixi” tədris ediləcək

“Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə “Zəfər tarixi” fənni tədris ediləcək”. Mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Nazir bildirib ki, bu fənn tədris dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində 1 saat keçiriləcək: “Burada tək 44 günlük dövrü deyil, bu günə qədər olan tariximizi gənclərə çatdıracağıq”.
Emin Əmrullayev: “Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var”

“Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər: “Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib […]
Nazir: “Tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb”

“Tədrisin başqa dillərdə olduğu siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”. Mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. “Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan […]
Emin Əmrullayev: “Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq”

“Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq”. Mektebgushesi.az xəbər verir ki, bunları təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. “Bu şəraitdə başlamaq kifayət qədər məsuliyyətdir. Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq”, – nazir bildirib. Nazir xatırladıb ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: “Artıq […]