Dərc olunub: 28.03.2022

 

2022-2023-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına tələbə qəbulu davam edir. Onlayn qeydiyyat martın 31-də başa çatacaq.

Bu barədə Mektebgushesi.az -a UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ magistratura pilləsində böyük verilənlər bazası və süni intellekt, fiziki kimya və kimya mühəndisliyi, Yer elmləri ixtisasları üzrə tam dövlət əsaslı təhsil təklif edir.

Qeydiyyat üçün https://admission.ufaz.az/en/ linkinə daxil olmaq lazımdır.

Qəbul imtahanı ingilis dilində keçiriləcək.