Dərc olunub: 02.04.2022

 

Xəzər Universiteti Təhsil departamentinin magistrantı Röyal Mahmudov Cənubi Qafqazın Amerika Tədqiqat İnstitutu (American Research İnstitute of the South Caucasus – ARISC) tərəfindən elan olunmuş tədqiqat qrantını qazanıb.

Universitetdən bildirilib ki, R.Mahmudov 6 ay davam edəcək və ARISC tərəfindən maliyələşdiriləcək araşdırmasında Azərbaycanda universitet tələbələrinin qarşılaşdıqları problemləri öyrənməyə çalışacaq. Təhsil departamentinin koordinatoru Cavid Cəfərovun elmi rəhbəri olduğu layihənin nəticələri həm ARISC-in internet səhifəsində yerləşdiriləcək, həm də beynəlxalq jurnalda dərc olunacaq.

Röyal Mahmudov 2022-ci il üçün Azərbaycandan bu layihəni qazanan yeganə tələbədir.