Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin təqdimatında Psixoloqlar günü münasibətilə tədbir keçirilib.
Bədii-əyləncəli tədbirdə filialın direktoru dosent Mobil Məcidov və müəllimlər çıxış edərək psixoloji xidmətin önəmini vurğulayıblar.
Tədbir tələbələrin ifasında bədii proqramla davam etdirilib.