Dərc olunub: 12.05.2022

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”.

Mektebgushesi.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O bildirib ki, sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq:

“Avqustdan test imtahanını keçirməyi düşünürük. Mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlbi planlaşdırılır”.