Dərc olunub: 14.05.2022

 

Türkiyədə Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan beynəlxalq konqres keçirilib.

Konqresin plenar iclasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov salamlama nitqi ilə çıxış edib.

Bu barədə institutdan bildirilib. Bölmə iclasında isə A.Seyidovun “Qarabağın son Neolit dövrü abidələri” mövzusunda məruzəsi dinlənilib.

Konqresdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktoru Leyla Rüstəmova “Leylatəpə mədəniyyətinin əsas mərkəzi – Qarabağ”, elmi işçi Bədircahan Məmmədova “Zaqatala bölgəsinin arxeoloji irsi (Dəmir dövrü abidələri)” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, hibrid formatda keçirilən konqresə 17 ölkədən 70-dən artıq məruzəçi qatılıb.