Dərc olunub: 15.05.2022

 

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu avqustun 1-dək davam edəcək.

AzTU-dan  bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Bu ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.

Namizədlər ətraflı məlumat üçün tekraralitehsil@aztu.edu.az elektron poçt ünvanına yaza bilərlər.