Dərc olunub: 15.05.2022

 

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ADPU Könüllüləri” Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “ADPU-100” İntellekt Marafonunun sonuncu hissəsi olan VIII turu keçirilib.
Ümumilikdə 50 komandanın mübarizə apardığı gərgin yarışın nəticələrinə görə 60 balla “Kripton” komandası birincilik qazanıb. “Topçubaşov” komandası 38 balla ikinci, “Zirvə” komandası isə 29 balla üçüncü yeri tutublar.
Yarışdan sonra qalib komandalara mükafatlar təqdim olunub.