Dərc olunub: 15.05.2022

 

Təhsil Nazirliyinin əməkdaşları arasında 28 May – Respublika Gününə həsr olunan futbol turnirinə start verilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 10 komandanın mübarizə apardığı yarışlara mayın 27-də yekun vurulacaq.

Qeyd edək ki, futbol turnirinin keçirilməsində məqsəd əməkdaşlar arasında komanda ruhunu gücləndirmək, onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək və sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.