Dərc olunub: 16.05.2022

“T-Network” platformasının  “Bələdçi” buraxılışının növbəti qonaqları Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəylidir.

Mektebgushesi.az xəbər verir ki, bu buraxılışda “Sertifikatlaşdırma: niyə və necə?” barədə danışılacaq.

T-Network-ün tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”ni 16 may saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının “Facebook” səhifəsindən izləyə bilərsiniz.