Dərc olunub: 17.05.2022

Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.

Mektebgushesi.az-ın xəbərinə görə, federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri regionlar üzrə yarışların təşkil olunduğu bildirilib.

Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilib.

Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət “Basketbol sinfi” adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.