Dərc olunub: 19.05.2022

 

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filoloji linqvistika otağında “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının təqdimatı keçirilib.
Təqdimatda ADPU-nun rektoru professor Cəfər Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, şair, ədəbiyyatşünas alim Vüqar Əhməd, ADPU-nun struktur rəhbərləri, Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Təqdimatda ilk olaraq kitabın müəllifləri, – Filologiya fakültəsinin dekan əvəzi, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, professor Elman Quliyev və AMEA-nın “Dədə Qorqud Mərkəzi”nin şöbə müdiri, professor Seyfəddin Rzasoy kitab haqqında məlumat xarakterli çıxışlar ediblər.
Daha sonrarektor prof. C.Cəfərov, akad. M.İmanov, prof. S.Sadıqova, ədəbiyyatşünas V.Əhməd və başqaları çıxış edərək “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının əhəmiyyətindən danışmış, kitabı “Nizami ili”nin uğurlarından biri kimi qiymətləndirmiş, belə bir nəfis tərtibatlı və elmi əhəmiyyətli kitabı ərsiyə gətirməklə müəlliflərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Nizami ili” ilə bağlı Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsində vətəndaş və alim missiyalarının yerinə yetirilməsinin bariz nümunəsi kimi dəyərləndiriblər.