Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “ADPU Könüllüləri” Təşkilatı nəzdində fəaliyyət göstərən Mədəniyyət klubunun təşkilatçılığı ilə Bilgəh Qocalar Evinə ziyarət təşkil olunub.
Müəssisədə qocalar, əlillər və az təminatlı ailələr ilə tələbələrin görüşü keçirilib. Bilgəh Qocalar Evinin sakinləri ilə səmimi söhbət edən tələbələr onlara gül dəstələri və universitetin kitabxanasından hədiyyə olunan 20-ə yaxın kitab hədiyyə ediblər.