Mayın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
DİM-dən bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Fizika” və 11-ci sinif “Literatura” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.