Dərc olunub: 20.05.2022

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələlər üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Beynəlxalq layihələr və qrantlar şöbəsinin və Təlim-tədris Mərkəzinin təşəbbüsü ilə müəllimlər üçün nəzərdə tutulan “Layihələrin maliyyələşmə imkanı (Yerli donorlar, Beynəlxalq donorlar, Avropa Birliyinin proqramları- ERASMUS+ HORİZON)” adlı onlayn seminar təşkil olunub.

Seminarda şöbənin müdiri Mehparə Əhmədova, əməkdaşlardan Gülnar Dəmirova, Müjgan Əliyeva təlimçi qismində çıxış ediblər.