Dərc olunub: 23.05.2022

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında dünyasını dəyişib.

O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.