Dərc olunub: 23.05.2022

 

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan  bildirilib ki, mayın 24-də keçiriləcək növbəti vebinar informatika fənni üzrə “Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili” haqqında olacaq.

Vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Aysel Fətəliyeva çıxış edəcək.