Dərc olunub: 25.05.2022

“Növbəti illərdə də Təhsil Tələbə Kredit Fonduna vəsaitin ayrılması nəzərdə tutulur”.

Mektebgushesi.az -ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə keçən il də dövlət büdcəsindən vəsait ayrılıb: “Gələcək illərdə də Təhsil Tələbə Kredit Fonduna vəsaitin ayrılması planlaşdırılır”.