Dərc olunub: 26.05.2022

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında “V Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar Beynəlxalq konfransı” keşirilmişdir.

Konfrans ADPU ilə Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə baş tutmuşdur. Konfransa 20-dən artıq ölkənin elm adamları qatılmışlar.
Filialın direktoru dosent Tünzalə Yusifova qonaqları salamlamış və açılış üçün sözü ADPU-nun rektoru professor Cəfər Cəfərova vermişdir.


Rektor C.Cəfərov dünyada elm və təhsilin aktual rolunu qeyd edərək birgə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamış və onun işinə uğurlar arzulamışdır.
Plenar iclasda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri dosent Ərəstun Mehdiyev və Türkiyənin İKSAD İnstitutunun  direktoru doktor Mustafa Latif Emek çıxış etmişlər.

Konfrans “Təhsil və pedaqoji-psixoloji tədqiqatlarda innovativ texnologiyalar”, “Riyaziyyat, texnika və təbiət elmləri sahəsində fundamental tədqiqatlar və innovativ texnologiyalar”, “İctimai və humanitar elmlərdə innovativ araşdırmalar” bölmələrində üz-üzə və onlayn formatda məruzələrin dinlənilməsi ilə işini davam etdirib.