Dərc olunub: 27.05.2022

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nərmin Kamilovanın təşkilatçılığı ilə əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin anım günü keçirilmişdir. Tədbirdə İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı dosent Laçın Həsənova, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva eləcə də, kafedranın müəllimləri Elmira Əfəndiyeva, Gülarə Aslanova, Jalə Qədimova, Şəhla Quliyeva, Arifə Qəribova, fakültənin məzun və tələbələri mərhum bəstəkar ilə bağlı öz xatirələrini bölüşüblər. Daha sonra Bakı şəhərinin müxtəlif orta məktəblərinin xor kollektivlərinin ifasında görkəmli bəstəkarın əsərləri ifa olunub.


Tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən 201 nömrəli tam orta məktəbin xor kollektivi və rəhbəri Samirə Verdiyeva, 313 nömrəli tam orta məktəbin xor kollektivi və rəhbəri Zərifə Məmmədova, Sabunçu rayonu 68 nömrəli məktəbin xor kollektivi və rəhbəri Elnurə Rzayeva, Murad Hacıyev adına 116 nömrəli məktəbin xor kollektivi və rəhbəri Yeganə Qasımova, 71 nömrəli tam orta məktəbin xor kollektivi və rəhbəri Məryəm Qurbanova, Seyid Cəfər Pişəvari adına Humanitar Elmlər Gimnaziyasının xor kollektivi və rəhbəri Şəhla Mirbağırova fakültə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşlar.