Dərc olunub: 28.05.2022

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının 30 illik yubiley tədbiri çərçivəsində Universitetin rektoru proffessor Cəfər Cəfərov filialın kollektivi ilə görüş keçirib. Görüşdə ADPU-nun rəhbərliyi, filialların direktorları, Şamaxı filialının kollektivi və tələbə heyəti iştirak edib.
Görüşdən əvvəl qonaqlar müəssisənin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. ADPU-da həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr barədə filial əməkdaşlarına ətraflı məlumat verilib.
Çıxışlardan sonra filial əməkdaşlarını və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda ADPU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən filialın bir qrup əməkdaş və tələbəsinə yubiley münasibətilə Fəxri Fərman və pul mükafatı təqdim olunub.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov