Mektebgushesi

“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi

26-29 may 2022-ci il tarixlərində Bakıda “Teknofest Azərbaycan” festivalı keçiriləcək. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində təşkil olunacaq. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Tədbir sərgi və müsabiqələr şəklində keçiriləcək. […]

UNEC-in nümayəndə heyəti Yunanıstanın Qərbi Makedoniya Universitetində mübadilədə olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Erasmus+ mübadilə proqramı çərçivəsində Yunanıstanın Qərbi Makedoniya Universitetində olub. Səfər çərçivəsində nümayəndə heyəti Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulids və MOGMAT proqramının direktoru professor  Evangelos Siskos ilə görüşüb. Görüş zamanı prof. Theodoros Theodoulids universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, universitet Yunanıstanın iqtisadi inkişafının, o […]

Nazir: “Gələcəkdə də Təhsil Tələbə Kredit Fonduna vəsait ayrılacaq”

“Növbəti illərdə də Təhsil Tələbə Kredit Fonduna vəsaitin ayrılması nəzərdə tutulur”. Mektebgushesi.az -ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu istiqamətdə keçən il də dövlət büdcəsindən vəsait ayrılıb: […]

Selçuk Bayraktar Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşüb

  “Baykar” şirkətinin texniki direktoru, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri, “Qarabağ” ordenli Selçuk Bayraktar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, müxtəlif nazirliklərin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu […]

Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş konfrans    

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 22 May – Beynəlxalq Bioloji Müxtəliflik Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıların diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək məqsədilə təşkil edilib. Filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayevanın təşəbbüsü ilə təşkil olunan konfransda pedaqoji fakültənin, Təbiət fənləri və […]

Xalq yazıçısı Kamal Abdullanın gənclərlə görüşü keçirilib

Mayın 24-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Görüş Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi – Vətən” layihəsi əsasında baş tutub. Xalq yazıçısı Kamal Abdulla elmi və ədəbi yaradıcılığı, sevdiyi yazıçılar, […]

Bonus Apertura Nota Bet3000

Scommesse Pronostici Domani Content Giovedì Estrazione Champs League Di Calcio Empoli Napoli 2023 Scommesse Cavalli Pronostici Cosa Si Intende Each Movimentazione Manuale Dei Carichi Gol In Anteprima Winners League Di Uefa I Più Bei Periodi Siti Scommesse Con Postepay Sito Zodiac Bet Pronostici Scommesse Delete Giorno Le Corrette Modalità Pada Movimentazione Manuale Dei Carichi In […]

Sabiq rektor nazir müavini təyin olunub

Bu gün Prezident İlham Əliyev yeni nazir müavinləri təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Fərid Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Yüksək vəzifəyə təyinat alan Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr […]

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərin nəzərinə! 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25 may-3 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki: https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=72 […]

Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib

  Bakı Ali Neft Məktəbinin (BANM) 16 komandası Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də final mərhələsinə yüksəlib. BANM təmsilçiləri 8 müsabiqə üzrə finala çıxıblar. “Yaşıl texnologiyalar” müsabiqəsi üzrə 8 komanda, “Aqrar texnologiyalar” üzrə 2 komanda, “Bakuskills” üzrə 1 komanda, “Robototexnika” üzrə 1 komanda, “Sosial yönümlü texnologiyalar” üzrə 1 komanda, “Pilotsuz uçuş […]

Bakıda Türkiyə Super Liqası klubunun futbol məktəbi açıldı – FOTO/VİDEO

Türkiyə Super Liqa klubu olan “Alanyaspor”un Bakıda futbol məktəbinin açılışı olub. Oxu.Az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən qapalı futbol meydançasında baş tutan açılışa “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu, AFFA-nın baş katibi Sərxan Hacıyev, habelə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri qatılıblar. Baş tutan tədbirdə iştirak edən “Neftçi”nin futbolçusu Azər Salahlı Hasan Çavuşoğluna özünün Azərbaycan millisində ötən ilin mayın […]

Rusiyada bakalavriat və magistratura ləğv ediləcək

Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq. Müvafiq qərarı ölkənin Elm və Təhsil Nazirliyi qəbul edib. Qurumdan bildirilib ki, nazirlik özünəməxsus yeni təhsil sistemi hazırlacaq. Qeyd edək ki, Boloniya təhsil sistemi beynəlxalq standart kimi qəbul olunur. O, ali təhsilin iki səviyyəsindən – bakalavriat (4 il) və magistraturadan (2 il) ibarətdir. Rusiyada bu sistem 2003-cü ildən tətbiq […]

ABŞ-da məktəbdə atışma olub çox sayda ölənlər var

ABŞ-ın Texas ştatında məktəbdə atışma zamanı həlak olanların sayı artıb. CNN telekanalının məlumatına görə, 19 məktəbli və iki yaşlı insan həyatını itirib. Yuvald polis departamentindən bildirilib ki, hücum edən adamın şəxsiyyəti müəyyənləşib. O, 18 yaşlı Salvador Ramosdur. Məktəb ərazisinə tapança və güman ki, ov tüfəngi ilə daxil olan Ramos polis tərəfindən zərərsizləşdirilib.

ADNSU-da “QİÇS-lə mübarizə” mövzusunda tədbir keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin əməkdaşları ilə tələbələr arasında görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, ADNSU-nun və QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. O, tədbirin […]

Şəkidə məktəbli qız intihar etdi

Şəki rayonunda məktəbli qız intihar edib.  Mektebgushesi.az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü N.S. yaşadığı evin həyətindəki tövlənin çardağında özünü iplə asıb. Faktla bağlı araşdırma aparılır.