Mektebgushesi

Məktəblilərimiz Avropa Fizika Olimpiadasında uğur qazanıblar

  Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək 4 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar. Təhsil İnstitutundan  bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan akademik Zərifə Əliyeva adına Liseyin XI sinif şagirdi Eşqin Alıyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə, BDU-nun nəzdindəki “Gənc İstedadlar” liseyinin […]

Azərbaycan Malayziyada keçirilən beynəlxalq elmi tədbirdə təmsil olunub

  Mayın 22-dən 24-dək Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Malay dilinin beynəlmiləlləşdirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib. AZƏRTAC xəbər verir ki, simpoziumda malayziyalı mütəxəssislərlə yanaşı İndoneziya, Filippin, Tailand, Bruney-Darüssalam, ABŞ, Suriya, Rusiya, Özbəkistan, Azərbaycan, Sinqapur və başqa ölkələrdən olan çox sayda malay dili üzrə görkəmli mütəxəssislər iştirak ediblər. Simpoziumu Malayziyanın hökumət başçısı – Baş nazir Dato’Sri İsmail […]

BDU və Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

  Türkiyənin Konya Texniki Universitetinin rektoru Babür Özçelik Bakı Dövlət Universitetində (BDU) olub. BDU-dan  bildirilib ki, rektor Elçin Babayev ilə keçirilən görüşdə qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verilib. Rektor bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr […]

Mingəçevir Dövlət Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

  2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunan “İrəvan Müəllimlər Seminariyası: pedaqoji fikir salnaməmizin tarix yaradan parlaq səhifəsi” mövzusunda seminar keçirilib Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikamızda İrəvan Müəllimlər Seminariyasının 140 […]

“Məktəbdə…” layihəsi çərcivəsində növbəti görüş

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş mayın 27-də Bakı şəhəri 198 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, publisist Çingiz Abdullayev olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə […]

Mostbet Kumarhanesi Arşivleri İsmail Döner Kişisel Internet Sayfas

Mostbet Kumarhanesi Arşivleri İsmail Döner Kişisel Internet Sayfası Mostbet On Line Casino Tr Nasıl Giriş Yapılır, Online Casino Oyunları Ve Slotlar, Kullanıcılar Için Mevduat Yöntemleri Content Mostbet Web Sitesinin Dizaynı Ve Navigasyonu Sweet Bonanza Mostbet Türkiye Bahis Şirketi » Giriş Yap Ve Oyna Mostbet On Line Casino İstediği Gibi Davranıyor Mostbet Promosyon Kodu Yılında Başarılı […]

Mingəçevir Dövlət Universiteti “TEKNOFEST”də üç komanda ilə təmsil olunacaq

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsində universiteti təmsil edəcək komandaların üzvləri ilə görüşüb. Görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu […]

İstanbulda ortaq türk dərsliklərinin müzakirəsi təşkil olunub

Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi”, “Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” kursu üzrə proqramlar və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibdə müzakirə təşkil edilib. Üç günlük seminarda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan adıçəkilən fənlər üzrə ekspertlər, o cümlədən hər bir ölkənin Təhsil Nazirliklərinin nümayəndələri, Beynəlxalq Türk Akademiyasının təmsilçiləri, Türk […]

Təhsil naziri Dünya Təhsil Forumunda çıxış edib -FOTO

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 22-25 may 2022-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində ənənəvi keçirilən Dünya Təhsil Forumunda iştirakı davam edir. Təhsil naziri Forumun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyada çıxış edib və ölkəmizdə təhsil sahəsində həyata keçirilən fəaliyyət haqqında Forum iştirakçılarını məlumatlandırıb. Səfər çərçivəsində təhsil […]

BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb. Laboratoriyanın açılış mərasimində çıxış edən Universitetin rektoru Elçin Babayev qeyd edib ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlığı, dünyanın qabaqcıl universitetləri və elmi […]

MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib

2022-ci ilin 23-24 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış informasiya cəmiyyətinin inkişafı və perpektivləri” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, […]

BDU-nun Hüquq fakültəsi Avropa Şurası ilə birgə təlim keçirib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq: Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Avropa Insan Hüquqları Məhkəməsi – Qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində presedent hüququ” mövzusunda tədbir keçirilib. Tədbirin açılış mərasimində AŞ-nın Azərbaycandakı […]

“Təhsil vloqeri” müsabiqəsinə müraciətlərin qəbulu yekunlaşıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil vloqeri” müsabiqəsinə müraciətlərin qəbulu prosesi başa çatıb. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə ümumilikdə 400-ə yaxın müraciət daxil olub. Hazırda təqdim edilən materialların müsabiqənin Təşkilat Komitəsi tərəfindən təhlili aparılır. Təhlil işləri yekunlaşdıqdan sonra qaliblər elan ediləcək. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ […]

FHN-in Aran Regional Mərkəzi Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirib

  2022-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda universitetin tələbələri və magistrantları iştirak ediblər. Əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları barədə […]