Mektebgushesi

Bakı Elm Olimpiadasının final mərhələsinin ilk turu keçirilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadasının final mərhələsinin ilk turu keçirilib. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 20 komanda (Bakı şəhəri 288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, 160 […]

İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib. “Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Qasımzadə “İslamla mənəvi terapiya” mövzusunda çıxış edib. Mövzu haqqında geniş məlumat verən Fərid Qasımzadə bildirib ki, İslam insanların mənəvi ehtiyaclarını təmin edən əsas amildir. O bildirib ki, inanc fərdin […]

9 illik bazadan kolleclərə yenidən sənəd qəbuluna start verildi

Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Mektebgushesi.az xəbər verir ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər: – Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin […]

Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin nəzərinə!

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin nəzərinə! Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət […]

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib

  2022-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XIII elmi-praktik konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl […]

ADPU-nun əməkdaşları İsveçə səfər ediblər

  Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin 16-20 may 2022-ci il tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarına İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edib. Seminar Azərbaycanda rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf […]

İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş keçirib

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut heyətinin növbəti səfəri Lənkəran şəhərinə olub. Görüşdə abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər. Tədbiri giriş […]

Göyçayda məktəb direktoru vəfat edib – FOTO

Göyçay rayonu, N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin direktoru Şəfaqət İsmayılova vəfat edib. Bu barədə mərhumun yaxınları məlumat verib. İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan Ş.İsmayılova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün 61 yaşında dünyasını dəyişib.

Avropa mükafatçısı müəllimlə söhbət

27 may saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın qonağı “eTwinning Plus” layihəsi çərçivəsində “Avropa mükafatı”na layiq görülmüş Bakı şəhəri 26 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Günel Məmmədovadır. Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.  

Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar

Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar. Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur. […]

55 Bakı məktəblisi olimpiada qalibidir

2021-2022-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb. Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda […]

Xarici dil imtahanına qeydiyyat aparılır

  Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat davam edir. Mektebgushesi.az  Dövlət İmtahan Mərkəzinin (DİM) saytında istinadla xəbər verir ki, mayın 24-ü saat 10:00-a olan məlumata görə, 213 nəfər (Azərbaycan – 181, rus – 32) […]

Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? – AÇIQLAMA

Ölkəmizdə elə tarixi-mədəni abidələr var ki, vətəndaşlarının xüsusi mülkiyyətindədir. Həmin tarixi əhəmiyyətli abidələrdən müxtəlif insanlar ictimai-iaşə obyekti kimi istifadə edir. Bəs tarix-mədəniyyət abidələrinin şəxsi mülkiyyətə verilməsi hansı halda mümkündür? Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, tarix […]

Memarlıq və İnşaat Universiteti tələbələrinin Şuşaya səfəri təşkil edilib

  Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədi ilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrası uğurla davam edir. “Qarabağ bölgəsinin tarixi abidələrini tanıyaq və onu təbliğ edək” devizi altında Azərbaycan Memarlıq və […]

Məktəblərin IV siniflərində monitorinq keçiriləcək

İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək. Nazirlikdən verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas […]