Sertifikasiya: müəllimlərin sınağı, yoxsa…

İyun ayından etibarən ölkənin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılacaq. Bu prosesin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. […]
ADNSU-da XII Məzun-Karyera sərgisi keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və digərləri iştirak edib. Ümumilikdə […]
Bakı Elm Olimpiadasının final mərhələsinin tarixləri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadasının final mərhələsi 24-25 may tarixlərində keçiriləcək. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 20 komanda (Bakı şəhəri 288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, […]
“BDU könüllüləri” qrupunun yaradılmasının 3-cü ildönümü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) könüllülük hərəkatının yaradılmasının 3-cü ildönümü açıq havada konsert proqramı ilə qeyd olunub. Universitetin futbol meydançasında keçirilən konsert proqramında “BDU könüllüləri” qrupunun üzvləri – Rəvan İmaməliyev, Aygün Məmmədova, Əli Heydərov, Məhluqə Məsimova, Leyla Allahverdiyeva, Selcan İbrahimova, Səbinə İbrahimxəlilova, Əziz Əzizov, İslam Məmmədov, Səbinə Həşimli, Milana İdrisova, Hüseyn Mustafayev, Günel Hətəmova, Lumu İspəndiyarzadə, […]
Azərbaycan Texniki Universiteti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında işgüzar görüş keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər ərazisində və Qala qoruğunda avtomobillərin giriş-çıxışının və parklanmasının daha effektiv təşkili məqsədilə aparılan təhlilləri […]
Azərbaycanda 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı keçirilir

Bakı Mühəndislik Universiteti (BMU) və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb. Konfransın açılış hissəsində çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqillik dövründə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan bəhs edib və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir […]
Aqronomluq, baytarlıq və əczaçılıq istiqamətlərində yeni kitablar ADAU-nun kitab fonduna əlavə edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsilin keyfiyyətinin artırılması, kitabxanaların modern və innovativ sistemlərlə ayaqlaşması məqsədilə bütün tələbələr və tədqiqatçılar üçün Universitet rəhbərliyi tərəfindən ali təhsil müəssisəsinin kitab fonduna yeni kitablar əlavə olunub. Kitablar aqronomluq, baytarlıq və əczaçılıq istiqamətlərində 17 adda hər birindən 4 nüsxə olmaqla ən müasir biliklərə əsaslanan qiymətli vəsaitlərdir. Kitablarla tanış olmaq istəyən […]
Yaz sessiyasında Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlanıb

Yaz sessiyasında Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4478 müraciət qəbul olunub. Onlardan 658-i natamam, 525-i emaldadır. Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Yaz sessiyasında 2512 nəfərə kredit verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub.
ADAU-da qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı tədbir baş tutub. Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin elmi innovasiya potensialının artırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, elmmetrik bazalarda nəşr olunan məqalələrin sayının artırılması barədə qarşıda duran məsələləri diqqətə çatdırıb. Elmi işlər üzrə prorektor, dosent Azad […]
Şuşa Real Məktəbinin bərpadan sonra necə olacağı açıqlanıb – VİDEO

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb. “Report” görüntünü təqdim edir: Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad […]
Təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. […]
Azərbaycanın təhsil naziri Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Mektebgushesi.az xəbər verir ki, bu il tədbirin əsas şüarı “Ölkələrimizin və icmalarımızın gələcəyini birlikdə daha güclü, daha təhsilli və daha təkmil şəkildə quraq”dır. Forumun formal və qeyri-formal iclaslarında 2022-ci ildə dünya təhsilinin qarşısında duran əsas çətinliklər və çağırışlar, onların həlli […]
Gürcüstanlı din xadimləri İlahiyyat İnstitutunda olub

Ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov qonaqları İnstitutda görməkdən məmnun olduğunu vurğulayıb, din xadimlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərini təşkil edənlərə təşəkkürünü bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən M.Mürsəlov Aİİ-nin yaradılması, fəaliyyəti haqqında söhbət açıb. İnstitutda […]
Sabah Təhsil İnstitutu informatika fənni üzrə vebinar keçirəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izahı ilə bağlı vebinarları davam etdirir. İnstitutdan bildirilib ki, mayın 24-də keçiriləcək növbəti vebinar informatika fənni üzrə “Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili” haqqında olacaq. Vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantı, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Aysel Fətəliyeva çıxış edəcək.
Cəlilabadda məktəblinin ölümünə görə “Azərişıq” ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib

2022-ci ilin fevralın 8-i Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bununla bağlı Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional […]