Bakıda 13 yaşlı mıktəbli qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb. Lent.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu, Ş. Rəhimov küçəsində yaşayan 13 yaşlı Balabəyli Leyla Elşad qızı mayın 20-i saat 18 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun anası S.Sultanova Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə müraciətində bildirib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycanlı alim 41 yaşında VƏFAT ETDİ

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib. İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında dünyasını dəyişib. O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.
Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat davam edir

Ali təhsil müəssisələrinin (V qrup) və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 27-si saat 23:59-dək link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyent təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya […]
DİM: 9 mindən çox subbakalavr ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır. Mayın 23-ü saat 10:35-ə olan məlumata görə, 9058 nəfər ərizəsini təsdiq edib. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron […]
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatır

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gün başa çatır. Bu barədə Mektebgushesi.az –a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimi üçün elektron sistem mayın 23-ü saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər. Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan […]
“Məktəbin vəzifəsi Azərbaycançılıq hissini üzə çıxarıb inkişaf etdirməkdir”

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək […]
ADNSU-da XII Məzun-Karyera sərgisi keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni”QSC, “AzerGold”QSC, “Azərcell”, “Azerfloat”QSC və digərləri iştirak edib. Ümumilikdə […]
İraqda məktəblər bağlandı əhaliyə xəbərdarlıq olundu

İraqda axşam saatlarında başlayan və ölkəni iki gün əsir alacaq qum fırtınası səbəbiylə sabah qeyri-iş günü elan edilib. İraqın Nəqliyyat Nazirliyi ölkənin bütün hava limanlarında uçuşları dayandırıb. Həmçinin, baş nazir Mustafa Əl-Kaziminin göstərişi ilə sabah bütün dövlət idarələri və məktəblərdə tətil elan edilib. Qərar yalnız sağlamlıq və təhlükəsizlik xidmətləri göstərən qurumlara şamil edilməyib. Axşam saatlarında […]
Nadir İsrafilov: Cəzasızlıq sindromu və gələcəyin “əyri” cəmiyyəti

Son günlər müəllim-şagird münasibətləri yenidən gündəmə gəlib. Zəngilan rayonu 35 saylı tam orta məktəbdə müəllimin şagirdi döyməsi videosu və bundan bir neçə gün sonra iki müəllimin məktəbdə şagirdin nənəsini döyməsi məsələlərini qeyd etmək olar. Məsələ müzakirələrə səbəb olub. Bəziləri müəllimin şagirdi döyməsini qınasalar da, müəllimləri buna şagirdlərin hərəkətlərinin vadar etdiyini bildirənlər az deyil. Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında […]
Milli Qəhrəmanlar haqqında film çəkilişi davam edir

Bəlli olduğu kimi, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı layihə icra edir. Layihə çərçivəsində “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı film çəkilişləri aparılır. Filmin qəhrəmanları Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulub boya-başa çatmış Azərbaycanın Milli Qəhrəmanları Zakir Məcidov, Samid İmanov və […]
Qəbul imtahanında iştirak etmiş kollec məzunları subbakalavr kimi qeydiyyatdan keçə bilər

Qəbul imtahanında iştirak etmiş kollec məzunları subbakalavr kimi qeydiyyatdan keçə bilər. İyulun 1-dək subbakalavrların Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçmək imkanları var. Müsahibədə həm subbakalavr, həm də abituriyent kimi iştirak etməyə icazə verilir. Mektebgushesi.az xəbər verir ki, bunu DİM-in təşkil etdiyi canlı yayımda Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sualları cavablandırarkən deyib. Xatırladaq […]
Azərbaycan və Litva arasında münasibətlər yüksək səviyyədə inkişaf edir – Ceyhun Məmmədov

Azərbaycan və Litva arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq qarşılıqlı fəaliyyətin keyfiyyətini daha da artıracaqdır. Cənubi Qafqazı sülh bölgəsinə çevirmək istəyən Azərbaycan əməkdaşlıq üçün hələ də Ermənistandan müsbət reaksiya ala bilmir. Qarabağda qazanılan Böyük Zəfərdən sonra Azərbaycan sülh müqaviləsinin bağlanmasının və delimitasiya ilə bağlı birgə […]
Mayın 22-də keçirilən imtahanda test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların […]
ADPU-nun şöbə müdiri: Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir

Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulması onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biridir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün regionda, eləcə də “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində strateji cəhətdən mühüm əhəmiyyətə malikdir. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan Aİ və üzv ölkələrin enerji şirkətləri […]
III qrup üzrə imtahan nəticələri elan EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə edilmiş test tapşırıqlarının düzgün cavablarını təqdim edib DİM-dən Mektebgushesi.az-a bildirilib ki, imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.